Zakir Həsənov Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb

Zakir Həsənov Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb

Dekabrın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, qonaq fəxri qarovulun önündən keçdikdən sonra protokola uyğun olaraq "Şərəf kitabı"nı imzalayıb. Görüşdə tərəflər regional hərbi-siyasi vəziyyəti, hərbi əməkdaşlığın perspektivlərini, eləcə də müdafiə sahəsində digər məsələləri ətraflı müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə