Qara dəniz üzərində qəzaya uğrayan Rusiyanın hərbi kosmik qüvvələrinə məxsus Tu-154 tipli sərnişin təyyarəsinin qara qutusu tapılıb. SİA "vesti.ru"ya istinadən xəbər verir ki, yaxın saatlarda qara qutu suyun üzərinə qaldırılacaq. Belə ki, səsyazma cihazı təyyarənin kabinəsinin altında aşkarlanıb. Hələlik, onun yam vəziyyəti barədə məlumat yoxdur. Daha iki səsyazma cihazı təyyarənin quyruq hissəsində yerləşsə də, onlar tapılmayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB