XİN: “Zatulin Azərbaycan və Rusiya əlaqələrinin inkişafından narahatdır”
Dövlət Dumasının deputatı Konstantin Zatulin Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafından narahatdır. Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev K.Zatulinin İrəvanda səsləndirdiyi fikirləri şərh edərkən bildirib. O deyib ki, göründüyü kimi, Ermənistan və erməni lobbi dairələrinin aləti olan Konstantin Zatulin Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin və mehriban qonşuluğun dinamik və ardıcıl inkişafından, eləcə də xalqlarımızı birləşdirən ənənəvi dostluqdan ciddi surətdə narahatlıq keçirir: "Azərbaycan və Rusiya arasında əməkdaşlığın hərtərəfli inkişafından məlumatı az olan Zatulinin bu mənada narahatlığı və məyusluğu daha da artmalı olacaq. Çünki Azərbaycan və Rusiya arasında xalqlarımızın mənafeyi naminə əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün çoxsaylı və böyükmiqyaslı yeni layihələrimiz və təşəbbüslərimiz var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB