Rusiya Tacikistanla hava yolunu bağladı RƏSMİ BƏYANAT

Rusiya Tacikistanla hava yolunu bağladı RƏSMİ BƏYANAT

Bu gün gecə saatlarından etibarən Rusiya ilə Tacikistan arasında sərnişin təyyarələrinin uçuşu bağlanacaq. Buna səbəb Moskva ətrafında yeni istifadəyə verilmiş Jukovsk aeroportu ilə bağlı yaranmış mübahisəli vəziyyət olub. SİA İtar-Tass agentliyinə istinadən xəbər verir ki, Rusiyanın nəqliyyat nazirliyinin rəsmi açıqlamasına görə, ölkələr arasında hava yolu Moskva vaxtı ilə saat 00:00-dan bağlanacaq.

Nəqliyyat nazirliyi bu məsələdə rəsmi Düşənbəni ittiham edib və qeyd olunub ki, Tacikistan tərəfi aviauçuşlar barədə razılaşmanı kobudcasına pozub. Belə ki, Tacikistan tərəfi "Yamal" aviaşirkətinin Moskvanın Jukovsk aeroportundan havaya qalxan təyyarələrin 2016-2017-ci qış mövsümündə Düşənbədə enişinə izn verməyəcəyini bəyan edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə