Obama Arktika və Atlantikadakı neft şelflərinin işini dayandırdı QƏRAR

Obama Arktika və Atlantikadakı neft şelflərinin işini dayandırdı QƏRAR

ABŞ prezidenti Barak Obama Arktika və Atlantik okeanındakı şelflərdən neftin çıxarılmasını qadağan edib. SİA xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında qeyd olunub. Bildirilir ki, bu qadağaya hətta Kanada da qoşulub.

Həmçinin məlumat verilir ki, neft istehsalının qeyri-müəyyən vaxta qədər təxirə salınması və satışı ABŞ-a məxsus bir çox ərazilərdə, o cümlədən Çukot dənizində və Bofort dənizində qüvvəyə minib. Bunu həm də belə izah ediblər ki, məqsəd dəniz canlılarının, ekoloji resursların, eləcə də yerli əhalinin qorunmasına hesablanıb.

Mövcud addım birlavasitə Donald Trampın mövqeyinə qarşıdır. Belə ki, o öz çıxışlarında bildirib ki, qlobal istiliyin artması təhlükəsi barədə deyilənlər sadəcə təxəyyül məhsuludur və söz verib ki, ABŞ-ın enerji ehtiyatlarının artması üçün var gücü ilə çalışacaq.

Bununla bağlı CNN qeyd edir. Bildirilir ki, Obamanın prezidentlik fəaliyyəti bir aydan sonra başa çatır, Tramp üçün bu qərarı dəyişdirmək çətin olacaq. Belə ki, bu, 1953-cü ildə qəbul olunmuş qanuna söykənir. Həmin qanuna əsasən, prezident neftin satışı üçün şelflərdə işlərin dayandırmasını qadağan etmək hüququna malikdir. Ağ evdən bildirilir ki, prezidentin qərarı ən az beş ildən sonra yenidən baxılması üçün müzakirəyə çıxarıla bilər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə