Türkiyədəki terror hadisələrinin xarici və daxili faktorları Ekspert ŞƏRHİ
"Etnik separatizm və terror Türkiyəyə təzyiq aləti olaraq hər zaman istifadə edilib və hazırda da baş verənləri yalnız bu çərçivədən qiymətləndirmək mümkündür". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Türkiyədə son günlər baş verən terror hadisələrinin səbəblər barədə danışarkən deyib. Onun fikrincə, səbəblər araslnda xarici faktorlar olduğu kimi, daxili faktorlar da mövcuddur: "Suriyanın şimalında və eləcə də Yaxın Şərqdə qardaş ölkənin öz aktivliyini artırması, həmçinin Avropa İttifaqı ilə münasibətlərin kəskinləşməsi fonunda Rusiya ilə yaxınlıq, hətta müəyyən enerji layihələrinin həyata keçirilməsi ilə bağlı ilkin razılıqlara gəlinməsi xarici faktor kimi, ciddi FETÖ təşkilatına qarşı mübarizə, eləcə də iqtisadi təzyiqləri minimuma endirmək üçün dollardan imtina çağırışı daxili faktorlar kimi göstərilə bilər. Bu gün Türkiyə üzərindən çirklin oyunlar oynanılır və ən qorxulusu odur ki, son bir ayda yalnız etnik deyil, dini-məzhəb ayrımçılığı üzərində qurulan ssenarilərin də işə düşməsi üçün münbit zəmin hazrlanmaqdadır".
Siyasi şərhçinin fikrincə, bütün bu baş verənlər heç bir halda təsadüf hesab edilə bilməz: "Yaxın Şərqə nəzarət uğrunda mübarizə aparan güclər, görünür, Suriya və İraqı terror və etnik, dini-məzhəbsəl terrorla diz çökdürənlər, Türkiyəyə də eynisini tətbiq etmək niyyətindədirlər. Ən azından onu müəyyən güzəştlərə məcbur etmək üçün".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB