“İŞİD” Qurandan bomba düzəltdi VƏHŞİLİK+FOTO

“İŞİD” Qurandan bomba düzəltdi VƏHŞİLİK+FOTO

İŞİD terror təşkilatı Suriya və İraqda ciddi məğlubiyyətə uğramağa başladıqdan sonra burada intiharçılarla yanaşı, daha bir insanlığa yaraşmayan əmələ yol verilib. SİA İraq mətbuatına istinadən xəbər verir ki, adlarını "müsəlman" qoyan, lakin dinindən, iqrindən, məzhəbindən asılı olmayaraq onlara dəstək verməyən hər kəsi "kafir" adalandırıb başlarını kəsən, eləcə də digər dəhşətli edam üsullarına əl atan qaniçən yaraqlılar bu dəfə İslam aləminin müqəddəs kitabı Qurani-Kərimi çirkin məqsədləri üçün istifadə etməyə başlayıblar. Belə ki, İraq polisinin apardığı əməliyyatlar nəticəsində İŞİD terrorçuları qaçdıqları yerlərdəki evlərin qapılarına, həyətlərinə, avtomobillərə içinə bomba yerləşdirilmiş Quran kitablarını qoyurlar. Xüsusi müxanizimlə hazırlanmış bombalar kitan açılan saniyə işə düşür və növbəti canlar alınır.

Artıq İraq ordusunun nəzarət etdiyi Rəmadi və Diyali şəhərlərində onlarla evlərin qapılarına qoyulmuş Quranlarda partlayıcı qurğu aşkarlanıb. Polisin billdirdiyinə görə, İŞİD-in bu addımı bir daha təsdiqləyir ki, terrorçuların heç bir dinə, müqəddəsliyə, dəyərlərə inamı və imanı yoxdur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə