Bu gün Bakıda Özbəkistanln Konstitusiya Günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Özbəkistanın Bakıdakı səfiri Şerzod Fayziyev deyib ki, 1992-ci il 8 dekabr tarixində Konstitusiyanın qəbulu Özbəkistanın tarixində əhəmiyyətli hadisədir. Diplomat bildirib ki, ölkə Konstitusiyası insan hüquq və azadlıqlarının təmin olunmasının, effektiv reformaların həyata keçirilməsinin qarantiyasıdır. Səfir bu yaxınlarda ölkədə keçirilən prezident seçkilərindən də danışıb: "Şəffaf və demokratik keçirilən seçkilərin nəticəsində Liberal Demokrat Partiyanın namizədi Şavkat Mirziyayev prezident seçilib. Bu fürsətdən istifadə edərək yeni Prezidenti ilk təbrik edənlər sırasında olan Azərbaycan Prezidentinə dərin təşəkkürümüzü bildiririk. Əminəm ki, ölkələrimiz arasında mövcud əməkdaşlıq və dostluq gələcəkdə də davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB