Azərbaycan Prezidenti tərəfindən Strateji Yol Xəritəsinin imzalanması vaxtında atılan addımdır". Bunu SİA-ya açıqlamasında Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, bu məsələni çox diqqətlə izləyirlər: "Həmçinin, azərbaycanlı həmkarlarımızla müzakirələr aparırıq. Aİ tərəfindən deyə bilərəm ki, biz Azərbaycanın iqtisadi diversifikasiyasının dəstəkləyicisi olmaq istəyirik. İslahatlar və yol xəritələri buna gözəl əsas yaradır".
Səfir əlavə edib ki, bu il Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın 25-ci ildönümünu qeyd edirik: "Bilirsiniz ki, bu yaxınlarda Aİ Azərbaycanla Strateji Tərəfdaşlıq üzrə danışıqlara başlamaq üçün mandat verib. Bu saziş geniş sahələrlə əməkdaşlığı nəzərdə tutur. Biz gələn il saziş üzrə danışıqlara başlanılmasını səbirsizliklə gözləyirik. Bu saziş bizim ticarət, investisiyalar, idarəçilik sahəsində əməkdaşlığımızı gücləndirəcək. Mandatın qəbulunu pozitiv inkişaf kimi dəyərləndirmək olar. Biz həmişə Azərbaycan iqtisadiyyatının diversifikasiyasını necə dəstəkləyə biləcəyimiz istiqamətində dialoq aparırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB