"İdman obyektlərinə ayrılan vəsait qəzalı evlərə yönəldilsin" TƏKLİF

"İdman obyektlərinə ayrılan vəsait qəzalı evlərə yönəldilsin" TƏKLİF

Milli Məclisdə 2017-ci ilin büdcə müzakirələri davam edir. SİA-nın xəbərinə görə, müzakirələr zamanı ilk çıxış edən millət vəkili Fərəc Quliyev bildirib ki, büdcənin qətnətəbəxş olduğunu qeyd edib.

Onun sözlərinə görə, büdcədə bütün məsələlər öz əksini tapsa da iqtisadiyyatımızın neftdən asılı olması da etiraf olunmalıdır.

Gələn ilin büdcəsində ölkəmizdə keçiriləcək idman İslam Həmrəylik Oyunları, Formula-1 yarışlarına və idman obyektlərinin tikilməsinə ayrılan pulla bağlı fikrini bildirən F. Quliyev qeyd edib ki, Azərbaycanda 2015-ci ildə keçirilən I Avropa Oyunları zamanı kifayət qədər idman obyektləri tikilib: "Belə olan halda, nədən yenidən obyektlərin tikilməsi üçün vəsait ayrılıb. Olmaz ki, sözügedən yarışlar zamanı həmin obyektlərdən istifadə edilsin? Belə olan halda, ayrılan vəsait başqa xərclərə yönəldilə bilər. Misal üçün minlərlə qəzalı vəziyyətdə evlər var ki bu vəsaitlə həmin evləri təmir etmək mümkündür".

Millət vəkili çıxışı zamanı Azərbaycanda kommunal xidmət göstərən dövlət qurumlarının özəlləşdirilməsini də təklif edib

O qeyd edib ki, bu müəssisələrin özəlləşdirilməsi dövlət büdcəsinin yükünü xeyli azaltmış olar: "İndi dövlət büdcəsindən həmin qurumlara vəsait ayrılır. Ancaq həmin müəssisələr özəlləşdirilsə, nəinki onlara pul ayrılmayacaq, hətta onlar özləri dövlət büdcəsinə gəlir verəcək".

Millət vəkili Qüdrət Həsənquliyev də həmkarının idman obyektlərinə ayrılan vəsaitərin başqa xərclərə yönəldiməsi təklifinə dəstək olub. O bildirib ki, 9 min qaçqın və məcburi köçkün qəzalı şəraitdə yaşayır və 2017-ci ilin büdcəsində idman obyektlərinə ayrılan vəsait həmin insanların evlərinin bərpasına yönəldilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə