XİN rəhbəri: “Təmas xəttində gərginlik həmişə mövcuddur”

XİN rəhbəri: “Təmas xəttində gərginlik həmişə mövcuddur”

"Ötən gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayənsi Anjey Kaspşiklə danışdım. Lakin Ermənistanın Hamburqda ATƏT-in xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda görüşə razılıq verməsi barədə heç bir xəbər yoxdur. Ermənistanın bu hərəkəti görüşdə deyiləsi sözün olmadığını göstərir. Ermənistan tərəfi cavab versəydi, bu onların ciddiliyindən xəbər verərdi".

SİA-nın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O həmçinin son zamanlar münaqişənin həllində durğunluğun olmasından da danışıb: "Prezidentlərin Sankt-Peterburqdə görüşündən sonra canlanma gözləyirdik, amma əfsuslar olsun ki, bu, baş vermədi".

E.Məmmədyarov son günlər ermənilərin cəbhədəki təxribatçı əməllərinə də toxunub: "Təmas xəttində gərginlik həmişə mövcuddur. Gərginliyin olmaması üçün gərək erməni qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxsın".

Bütün xəbərlər Facebook səhifəmizdə