Mövlüd Çavuşoğlu: “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”

Mövlüd Çavuşoğlu: “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”

"Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə Azərbaycanın yanındayıq. Türkiyə ATƏT-in Minsk Qrupu çərçivəsində hər cür köməkliyi göstərməyə hazırdır". SİA-nın məlumatına görə, bunu Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib.

Nazir deyib ki, o Sergey Lavrovla Alanyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat mübadiləsini etdik: "Biz görüşdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dedik".

M.Çavuşoğlu FETÖ terror təşkilatının Türkiyədə hakimiyyət dəyişikliyi cəhdindən də danışıb: "Azərbaycan bizə dəstək verdiyi üçün bu ölkəyə təşəkkür edirəm. Azərbaycanın bu dəstəyini unutmayacağıq. Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir".

O həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin dəstəklədiyini bildirib və türk şirkətlərini bu işdə aktiv olmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə