Ekspert: “Minsk qrupu əhəmiyyətsiz bir qruma çevrilib”

Ekspert: “Minsk qrupu əhəmiyyətsiz bir qruma çevrilib”

"ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində faydasız bir quruma çevrilib". Bunu SİA-ya açıqlamasında Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin sədr müavini, ekspert Mehmet Fatih Öztarsu deyib.

Onun sözlərinə görə, Minsk qrupu yalnız münaqişə ilə bağlı müzakirələrin aparılması və tərəfləri bir araya gətirməkdən başqa heç bir fəaliyyəti olmayan bir təsisatdır: "Hərçənd, münaqişə tərəflərinin Minsk qrupunun vasitəçiliyi ilə bir araya gətirilməsinə ehtiyac da qalmayıb. Bu işi həm Rusiya, həm də müxtəlif beynəlxalq təşkilatlar müvəffəqiyyətlə həyata keçirirlər. ABŞ və Fransanın Minsk qrupundakı fəaliyyəti isə qanedici deyil".

Ekspert hesab edir ki, Fransanın və ABŞ-ın Minsk qrupundakı həmsədrini dəyişməsi bu qurumin fəaliyyətinə hər hansı yenilik gətirməyəcək: "Çünki Vaşinqton və Parisin Qarabağ münaqişəsinə marağı getdikcə azalmaqdadır. Ona görə də həmsədrlərin dəyişməsi ilə hər hansı yeniliyin baş verəcəyini gözləmirəm. Yaxın gələcəkdə Minsk qrupunun ləğvi daha uyğun olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə