Almaniyanın və Avropanın hava nəqliyyatı üzrə sərnişin daşınmasını həyata keçirən ən nüfuzlu aviaşirkətlərindən hesab olunan "Lufthansa" yüzlərlə reysini təxirə saldığını və tətil etdiyini elan edib. SİA xəbər verir ki, bu barədə pilotları və hava nəqliyyatı bələdçilərini birləşdirən Cockit (VC) həmkarlar ittifaqının bəyanatında deyilir. Belə ki, tətilə səbəb pilotların əmək haqlarının qaldırılması tələbidir.
Artıq bu gün 3 min reysdən 876-sı təxirə salınıb və bu 100 min sərnişinə öz mənzilinə çatmalarına mane olacaq. Bu barədə aviaşirkətin bəyanatında bildirilir.
Lakin tətillər "Lufthansa"nın dəstəkçi Avropa aviaşirkətlərinə - "Eurowings", "Swiss", "Austrian Airlines", "Air Dolomiti" və "Brussels Airlines"in işlərinə toxunmayacaq.
Almaniya KİV-ləri yazır ki, bu kimi tətil son iki ildə sayca 14-cüdür.
Bu arada Verdi həmkarlar ittifaqı "Eurowings" aviaşirkətinin hava nəqliyyatı bələdçilərini Düsselforf və Hamburq şəhərlərində "Lufthansa"nın tətilinə qoşulmağa çağırış edib.
Tətil cümə axşamı gününün axşam saatlarına qədər davam edəcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB