Qırğızıstanda həddi-büluğa çatmamış qızlarla nikaha girənlər cinayət məsuliyyətinə cəlb olunacaq

Qırğızıstanda həddi-büluğa çatmamış qızlarla nikaha girənlər cinayət məsuliyyətinə cəlb olunacaq

Qırğızıstanda həddi-büluğa çatmamış qızlarla nikaha girənlər üçün cinayət məsuliyyəti müəyyənləşdirilib. Bu barədə "İnterfax"a Qırğızıstan dövlət başçısının mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, Almazbek Atambayev Qırğızıstanın Ailə Məcəlləsinə və respublikanın Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı qanun imzalayıb.

"Qanun nikah yaşı haqqında Ailə Məcəlləsinin tələblərini pozaraq həddi-buluğa çatmamışla nikaha girən şəxs, həmçinin həddi-buluğa çatmamışla dini nikah təşkil edən valideyn və din xadimləri barəsində cinayət məsuliyyəti müəyyən edir", - agentliyin məlumatında qeyd edilir.

Qanunu pozanlara qarşı 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Parlamentdə qanunun müzakirəsi zamanı qeyd edilib ki, sənəd, hər şeydən əvvəl, müxtəlif sosial səbəblərdən erkən yaşda ərə verilən və bu cür dini mərasimlər keçirən müsəlman ailələrindən olan həddi-büluğa çatmamış qızları qorumağa yönəlib. Qeyd olunub ki, son bir neçə ildə bu tendensiya respublikada geniş yayılıb. Qanun layihəsini hazırlayanlar əmindirlər ki, həddi-büluğa çatmamışla nikahlar üçün cinayət məsuliyyətinin tətbiqi onların hüquqlarını qorumağa, sağlamlıqları və təhsillərinin qayğısına qalmağa imkan yaradacaq. Bu həm də zorakılığın bütün mümkün formalarından - fiziki, psixi və seksual zorakılıqdan uşağın müdafiəsinə imkan yaradacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə