Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən NATO Parlament Assambleyasının 62-ci sessiyasında erməni millət vəkili Koryun Nahapetyana sərt cavab verib. SİA-nın türk mətbutına istinadən verdiyi məlumata görə, Çavuşoğlu çıxış etdikdən sonra ona ünvanlanan sualları cavablandırıb.
Nahapetyanın Türkiyənin İŞİD-ə dəstək verməsinə dair ittihamlarına XİN rəhbəri belə cavab verib: "Müxtəlif baxışlarımız ola bilər. Amma əvvəlcə dürüst olmağımız lazımdır. Siyasətçi olduğumuz üçün daha dürüst olmalıyıq. Təəssüf ki, ermənilər heç dürüst olmurlar. İŞİD-ə dəstək verdiyimizi necə söyləyə bilərsiniz? Bu günə qədər hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terrorçusu öldürüb?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB