Mübariz Qurbanlı Kürdəmirdə vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Kürdəmirdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

SİA-nın məlumatına görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 23-də Kürdəmir rayonunda Zərdab və Kürdəmir rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində (ünvan: Bakı prospekti, 18 ) saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə