Putin Rusiya- Ermənistan sazişini təsdiqlədi FOTO

Putin Rusiya- Ermənistan sazişini təsdiqlədi FOTO

Rusiya prezidenti Vladimir Putin Ermənistanla birgə qoşun qruplaşması yaradılmasına dair sazişi təsdiq edib. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, qeyd edilən sənəd hüquqi informasiya rəsmi internet-portalında dərc edilib.

Sənədə görə, Rusiya hökumətinin təklifi nəzərə alınaraq Ermənistan Respublikası Silahlı Qüvvələrinin və Rusiya Federasiyası Silahlı Qüvvələrinin birgə qoşun (qüvvə) qrupu yaradılır. Rusiya Müdafiə Nazirliyinə və XİN-ə Ermənistan tərəfi ilə saziş üzrə danışıqlar aparmaq tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə