Donald Tramp: “Bill bacarıqlı oğlandır” BARIŞIQ

Donald Tramp: “Bill bacarıqlı oğlandır” BARIŞIQ

ABŞ-ın sayca 45-ci prezidenti seçilmiş Donald Tramp ölkənin sabiq prezidenti və onun ailəsi haqqında müsbət fikirlər səsləndirib. SİA xəbər verir ki, CBS telekanalının "60 dəqiqə" verilişinə qatılan Tramp deyib ki, lazm gələrsə, rəqibi olmuş Hillari Klintonun əri Bill Klintondan məsləhətlər ala bilər. "Bill bacarıqlı oğlandır"-deyə qeyd edən Tramp ümumiyyətlə, Klintonlar ailəsinin bacarıqlı olduqlarını bildirib.

Milyarder prezident həmçinin bildirib ki, seçkilərin rəsmi nəticələri elan olunan kimi rəqibi Hillar Klinton ona dərhal zəng edib: "Bilirəm ki, bu onun üçün çox çətin bir zəng idi. Ancaq o, kifayət qədər yumşaq danışdı. Sadəcə dedi: təbrik edirəm Donald, əla iş apardınız"- Tramp deyib.

Yeni prezident də öz növbəsində Klintona təşəkkürlərini bildirib və onu "əsrarəngiz rəqib" adlandırıb. "O, çox güclü və ağıllıdır"-deyə qeyd edən Donald Tramp onu da bildirib ki, Bill Klinton ona bir gün sonra zəng ediv bə deyib ki, "bu seçkilər onun həyatında gördüyü ən mükəmməl və maraqlı epizodlarla bol olan seçkilər idi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə