Əfqanıstanın Məzari Şərif şəhərində Almaniya konsulluğuna silahlı hücum olub. SİA-nın məlumatına görə, bu barədə yazan Frankfurter Allgemeine Zeitung nəşri qeyd edir ki, yerli polis rəisi Səid Kamal Sədat hadisənin terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib. Belə ki, intiharçı özü ilə birlikdə minalanmış avtomobili Almaniya konsulluğunun divarına çırparaq partladıb.
Həkimlərin sözlərinə görə, güclü partlayış nəticəsində onlarla insan yaralanıb. "Ən azı 29 nəfər yerli xəstəxanaya aparılıb"-deyə baş həkim Muhamməd noor bildirib. Yerli hakimiyyətin digər nümayəndəsi isə ən azı yüzlərlə yaralının olduğunu iddia edib.
Artıq Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer antrikrizis qərargahı yaradaraq iclas keçirib. Maraqlıdır ki, Almaniya hökuməti hadisə ilə bağlı heç bir açıqlama verməməklə yanaşı, ölənlər barədə də məlumat vermir.
Terror hadisənini isə "Taliban" hərəkatı öz üzərinə götürdüyünü bəyan edib. "Dəqiqləşdirilməmiş məlumata görə, terror hücümü alman hərbi təyyarələrinin Əfqanıstanın şimalındakı Gündüz əyalətini bombalanmasına cavab olaraq həyata keçirilib"-deyə Frankfurter Allgemeine Zeitung nəşri qeyd edir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB