Obama FTB-nin direktorunu istefaya göndərir DAİLY MAİL

Obama FTB-nin direktorunu istefaya göndərir DAİLY MAİL

Barak Obamanın müşaviri Valeri Caret FTB-nin direktoru Ceyms Komini istefaya göndərmək məsələsində prezidenti yola gətirib. SİA xəbər verir ki, bu barədə Daily Mail nəşri yazır.

Nəşrin mənbələrinə məlum olub ki, FTB direktorunun istefası prezident seçkisindən sonra baş tutacaq. O da təsdiq olunub ki, Obama Kominin Hillari Kintonla bağlı istintaq araşdırmalarını araşdırmaq qərarını öyrəndikdən sonra əsəbiləşib.

Bundan öncə bəlli olmuşdu ki, Klintonun şəxsi elektron poçtu vasitəsilə apardığı dövlət yazışmaları köməkçisi Huma Abedinin kompüterindəki sərt diskdə saxlanılıb. Məhz bununla bağlı FTB direktoru iyul ayında bağlanmış işin yenidən açılmasına və istintaqın davam etdirilməsinə qərar verib.

Digər tərəfdən, ABŞ prezidenti Komini istefaya göndərməyə tələsməyib. O belə hesab edib ki, FTB-nin direktorunu işdən çıxararsa, bu ədalət məhkəməsinə qarşı təzyiq hesab olunar.

Daily Mail mənbələri təsdiq edirlər ki, buna baxmayaraq, Caret Obamanı inandırmağı bacarıb. Onun fikrincə, belə ki, Obamanın hakimiyyəti zamanı Ceyms Kominin seçki kampaniyasına mane olması səbəbilə istefaya göndərilməsi məsələsində prezident konqresmenlər tərəfindən dəstəklənəcək. Çünki FTB direktorunun "seçki kampaniyasına müdaxiləsi" həm respublikaçıları, həm də demokratları narazı salıb.

Digər mənbələr isə deyirlər ki, Komi öz müavinləri və agentləri qarşısındakı nəzarətini itirib və onlar da FTB direktorunun getməsini istəyirlər.

Artıq onu əvəzləyəcək ism də təxmin olunmaqdadır. Yeni FTB direktoru ABŞ-ın baş prokuroru Loretta Linç seçilə bilər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə