Tamerlan Vahabov: “Məsul şəxslər məsuliyyətə cəlb ediləcək” AÇIQLAMA

Tamerlan Vahabov: “Məsul şəxslər məsuliyyətə cəlb ediləcək” AÇIQLAMA

"ABŞ-dakı bir qrup erməni ABŞ hərbi təyyarələrinin ehtiyat hissələrini İrana keçirməklə məşğuldur. Ənənəvi olaraq erməni diasporunun nümayəndələri bir çox qeyri-qanuni hərəkətlərdən istifadə ediblər". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Onun sözlərinə görə, erməni lobbisi məlum olduğu kimi ABŞ-da da, İranda da kifayət qədər vardır: "Yəni burada nə İrana, nə də ABŞ-a dəstəkdən söhbətdən getmir əksinə söhbət qeyri-qanuni hərəkətlərdən gedir. Böyük ehtimalla erməni diasporasının dünya üzrə əlaqəli olmasının və bu minvalla sözügedən əməllərin həyata keçirilməsi cinayətə tövsiyyə edilən proseslərdir. Bu bir daha onu göstərir ki, erməni lobbisi hər bir çirkin əməllərə əl ata bilər. Yəni bu, Qarabağ, eləcə də digər məişət zəminində olan bu cür qeyri-qanuni yolla maliyyə vəsaitlərinin əldə edilməsi üçün də göstəricidir".

Bu məsələdə İran İslam Respublikasının mövqeyinə gəlincə deyə bilərəm ki, hələki bu ölkənin mövqeyi məlum deyil: "Yəqin ki bununla bağlı hansısa açıqlama verərlər. İran hüquqi dövlətdir və Azərbaycanın partnyorlarındandır. Ümid edirəm ki, müvafiq hüquqi rəy verilərək bu əməllər cinayət üçün tövsiyyə ediləcək və məsul şəxslər məsuliyyətə cəlb ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə