Deputat: “Ümumiyyətlə, seçki demokratiyanın göstəricisidir” AÇIQLAMA
"Ümumiyyətlə seçki demokratiyanın göstəricisidir. Amma, ayrı-ayrı ölkələrdə seçkilərin nəticələri müxtəlif maraqların xeyrinə olur və ölkələrdə böyük narazılıqlarla qarşılanır. Demokratiyanın beşiyi adlanan ölkələrdə seçki heç də demokratik şəkildə keçirilmir. Amerikanın özündə kifayət qədər az müşahidəçi dəvət olunur. Hətta Avropa Şurasından müşahidəçi dəvət olunmadığına görə müəyyən narazılıqlar yaranır". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən seçkilər tam demokratik, aşkar şəkildə keçirilir: "Seçki məntəqələrində 1000-dən çox veb kamera quraşdırılıb və dünyanın istənilən nöqtəsindən izləmək imkanı yaradılmışdır. Mətbuat üçün seçki prosesini işıqlandırmağa tam şərait yaradılır. Müstəqil qürumlar tərəfindən aparılan Exit pol-un nəticələri ilə seçki nəticələri üst-üstə düşür və bu da seçim vətəndaşların iradəsinin ifadəsi olduğunu göstərir".
O əlavə edib ki, Azərbaycanda keçirilən seçkilər sakit şəraitdə keçirilir və maksimum şəffaflıq təmin olunur: "Seçki məcəlləsinin tələblərinə tam şəkildə riayət olunur. Belə yüksək seçkinin keçirilməsinin kökündə isə xalqla iqtidar arasındakı birlik durur. Çünki, ölkəmizdə aparılan dövlət siyasəti xalqın iradəsinə tam uyğundur və uzun illərdir ki, xalqımızın rifahının yaxşılaşmasına xidmət edir. Biz millət vəkilləri bir çox ölkələrdə keçirilən seçkilərdə beynəlxalq müşahidə qurumların tərkibində iştirak edirik.
Qeyd etmək istəyirəm ki, Azərbaycandakı şəffaf seçki dünyanın inkişaf etmiş əksər ölkələrdə yoxdur. Bizim seçkilərdə dünyanın hər tərəfindən müşahidəçi dəvət olunur. Hətta son parlament seçkilərinə Avstraliya senatın nümayəndələri də müşahidə apardı. Beynəlxalq müşahidəçilərin özləri də ölkəmizdə keçirilən seçkilərin tam demokratikliyini etiraf edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB