Həmsədrlərin XİN rəhbərləri ilə görüşü gözlənilir

Həmsədrlərin XİN rəhbərləri ilə görüşü gözlənilir

"Dekabrın əvvəlində Hamburqda keçiriləcək ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşməyə çalışacağıq". SİA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda mətbuat konfransında deyib.

O, həmsədrlərin həmin görüşdə iştirak edəcəklərini vurğulayıb: "Biz XİN rəhbərlərinin görüşünə ümid edirik. Ümumilikdə istənilən fürsətdən yararlanaraq, bu kimi görüşlərdə iştirak etməyə çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə