Ədliyyə Nazirliyi Penitensiar xidmətində 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününün 25 illiyi münasibətilə toplantı keçirilib. SİA-nın məlumatına görə, Penitensiar xidmətin Baş idarəsinin şəxsi heyətinin iştirakı ilə təşkil olunmuş iclasda Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Məhərrəm Qafarov Müstəqillik Günü münasibətilə xidmət rəhbərliyi adından toplantı iştirakçılarını təbrik edib.
Azərbaycanın bu günə kimi keçdiyi inkişaf yoluna nəzər salınaraq ötən əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyinin bərpası mühüm hadisə kimi dəyərləndirilib.
Müstəqilliyimizin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusilə vurğulanmış, bu dahi şəxsiyyətin rəhbərliyi altında Azərbaycanın tarixi nailiyyətlərə imza atdığı qeyd edilib.
Ulu öndərin uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və əzmkarlığı sayəsində Azərbaycanın əsl müstəqillik qazandığı, dahi liderimizin müdrik siyasi kursunun bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi vurğulanıb.
Qeyd edilmişdir ki, ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, iqtisadiyyatın dayanıqlı inkişafı təmin edilmiş, dövlətimiz beynəlxalq aləmdəki yerini möhkəmləndirib və dünya miqyasında söz sahibi olub.
Toplantının sonunda əməkdaşlara Azərbaycanın keçdiyi tarixi inkişaf yolundan bəhs edən sənədli film nümayiş etdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB