AXCP-nin sonuncu sessiyasından sonra mərhum Həsən Kərimovun yerinə Nurəddin Məmmədlinin ali məclis sədri postuna seçilməsi partiyadaxili qalmaqalları artırıb. İstər sosial şəbəkədə, istərsə də mediada mövzu ətrafında müxtəif fikirlər səsləndirilir, biriləri bu təyinatın doğru olduğunu iddia etsələr də, digərləri N.Məmmədlinin ali məclis sədri vəzifəsinə seçilməsini xəyanət hesab edirlər. Bütün bunlar isə AXCP-də növbəti və bu dəfə daha kütləvi, səsli-küylü istefaların baş qaldıracağına tərəf verilən siqnal kimi də qiymətləndirilə bilər. Çünki bu posta məhz N.Məmmədlinin gətirilməsi kimsənin ağlına gəlmirdi. Ehtimal olunan namizədlər arasında adları daha çox hallandırılanlar isə Natiq Ədilov, İlham Hüseyn, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və Seymur Həzi idi ki, məhz onların Həsən Kərimovun yerinə seçilmələri gözlənilirdi. Amma...
Nurəddin Məmmədlinin ali məclis sədri olmasını istəməyənlər revanş addımı atmağa məcbur olacaqlar
Amma sədr Əli Kərimli bu ehtimalları zibil qutusuna tullayaraq, sıravi tərəfdarlarının, o cümlədən adları çəkilən şəxslərin gözləntiləri üzərindən çarpaz xəttlər çəkdi. Çünki burada söhbət yalnız ali məclis postundan deyil, həm də Ə.Kərilminin öz yerini nə qədər möhkəmləndirməsindən gedirdi. Belə ki, son illərdəki uğursuzluqlar, xüsusilə AXCP-nin qurultayından sonra yaranan kəskin narazılıqlar da belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradırdı. Beləliklə, N.Məmmədlinin təyinatı Ə.Kərimli üçün lazımlı idi və buna da nail oldu. Ancaq daha bir məqamı da xatırlatmaq yerinə düşərdi ki, özünü "demokratik düşərgənin lideri" elan edən Kərimli avtoritar və antidemokratik addımı ilə bir daha sübut etdi ki,
onun bu statusa malik olması boğazdan yuxarı deyilmiş sözdür. Partiyada yaşanan kəskin narazılıq mühiti isə tam sürətlə davam edir və gözlənilən budur ki, N.Məmmədlinin ali məclis sədri olmasını istəməyənlər revanş addımı atmağa məcbur olacaqlar.
AXCP sədrinin G.Bayramlıya etimad göstərməməsi arxasında digər məqamlar dayanır
İlk növbədə, Ə.Kərilminin müavini G.Bayramlı özünə yaxın ətrafı ilə planlar üzərində işləyir. Belə ki, bəlli olduğu qədər, AXCP-nin qeyri-rəsmi maddi gəlir mənbəyinə məhz G.Bayramlı nəzarət edir. Artıq dəfələrlə bildirilib ki, bu qadının nəzarətində olan br neçə "priton" fəaliyyət göstərir. Eyni zamanda mühacirət biznesində də Kərimli ilə şəriklik edir. Oradan əldə edilən gəlirlər isə ciblərlə yanaşı, AXCP-nin bəzi ehtiyac xərclərinə axır. Bu barədə vaxtilə AXCP-də fəallığı ilə seçilən, lakin sonradan partiyadan istefa verən Razi Nurullayevin sırasına qatılaraq alternativ AXCP-də təmsil olunan şəxs bildirib. Mənbə olaraq, adının açıqlanmasını istəməyən bu şəxs bildirib ki, hətta belə bir biznes ortaqlığında AXCP sədrinin G.Bayramlıya etimad göstərməməsi arxasında digər məqamlar dayanır. İlk növbədə, G.Bayramlının AXCP sədrliyinə iddialı olması amili dayanır ki, bunu Ə.Kərimli yaxşı bilir. İkincisi isə, G.Bayramlı Ə.Kərimlinin "sağ əli" hesab edilən F.Qəhrəmanlı ilə yaxşı münasibətlərdə deyil. Üçüncüsü isə, Ə.Kərimlinin F.Qəhrəmanlını öz məqsədlərinə qurban verməsi AXCP sədrinin bir güllə ilə iki dovşan vurması məsəlini xatırladır. Çünki F.Qəhrəmanlı da gələcəkdə AXCP sədri postuna sahib çıxmağı qarşısına məqsəd qoyub. Ali məclis postu isə sədrliyə gedən tramplin rolunu oynayır. Ə.Kərilmi yaxşı bilir ki, N.Məmmədlidən heç vaxt AXCP sədri olmaz, eyni zamanda N.Məmmədlinin bu iddiası da yoxdur. Daha bir amil isə N.Məmmədlinin ali məclis kürsüsünə otuzdurullması bu vəzifənin de yure Ə.Kərimli tərəfinən idarə edilməsini şərtləndirir. Beləliklə, N.Məmmədli orada sadəcə müqəvva rolunu oynayır.
Cəmil Həsənli Gözəl Bayramlıya qurban verilir və...
Bu arada AXCP-dən sızan daga bir maraqlı informasiya gözlənilən istefalarla bağlıdır. Yazının əvvəlində də qeyd edilib ki, G.Bayramlı, o cümlədən digər adları çəkilənlər belə davam edərsə istefa verəcəklər. Ancaq onlar buna tələsmirlər. Çünki Ə.Kərimli situasiyanın daha da gərginləşməməsi üçün onlar qarşısında müəyyən öhdəliklər götürə biləcəyi mesajını verib. Məsələn, bu sıralamada tamamilə funksiyasını itirmiş "Milli Şura"nın sədri Cəmil Həsənlinin oradan uzaqlaşdırılması, onun yerinə isə G.Bayramlının sədr gətirilməsi, F.Qəhrəmanlının sədr müavini olmaqla yanaşı, AXCP mərkəzi nəzarət təftiş komitəsinə rəhbər təyin olunması, o cümlədən, "Milli Şura"nın koordinasiya şurasına sədr təyinatı gözləntilərini qeyd etmək mümkündür. Bütün bunlar isə AXCP-də vəziyyətin nə dərəcədə kritik durumda olmasının göstəricisidir. Belə olan halda Ə.Kərimlinin partiyadaxili oyunlardakı gedişləri də çox güman ki, müsbət nəticələr verməyəcək.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB