Tahir Mirkişili: “Bu insanlar reallıq hissindən tam uzaq olan insanlardılar” AÇIQLAMA!

Tahir Mirkişili: “Bu insanlar reallıq hissindən tam uzaq olan insanlardılar” AÇIQLAMA!

"Radikal müxalifət və bəzi xarici dairələr tərəfindən referendumdan sonra Azərbaycanda bahalaşmanın, xaosun olacağı ilə bağlı səsləndirdikləri fikirlərin heç bir əsası yoxdur. Belə fikirdə olanlar reaallıq hissindən tam uzaq olan insanlardılar".

Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili bildirib.

Bəzi xarici dairələrin, eləcə də radikal müxalifətin referendumdan sonra ölkədə vəziyyətin ağır olacağı ilə bağlı səsləndirdikləri fikirlərə münasibət bildirən T.Mirkişili onu da əlavə edib ki, əvvəla, referendumda seçicilərin yüksək aktivliyi və dəyişiklərin lehinə yüksək səs verilməsi bir daha xalqın ölkə Prezidentinə yüksək etimadını hər kəsə nümayiş etdirdi: "Digər tərəfdən, bu dəyişikliklər ölkədə daha dərin və sürətli islahat keçirilməsinə şərait yaradacaq. Bütün bu islahatların isə əsas məqsədi əhalinin həyat şəraitinin daha da yaşxılaşdırılması, dayanıqlı iqtisadi inkişafa nail olmaqdır. Buna bütün sağlam düşüncə sahibləri inanır və bu siyasəti dəstəkləyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə