Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 20.10.2016-cı il tarixdə saat 10:00-da Abşeron rayon şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Abşeron və Qubadlı rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək. SİA-nın məlumatına görə, qəbula yazılmaq istəyən vətəndaşların 17.10.2016-cı il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon və şəhər şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB