Roma papasının iştirakı ilə dua mərasimi başlayıb

Roma papasının iştirakı ilə dua mərasimi başlayıb

Bakıdakı Katolik kilsəsində Roma papası Fransiskin iştirakı ilə dua mərasimi (messa) başlayıb. SİA-nın məlumatına görə, mərasimdə Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri iştirak edir.

Xatırladaq ki, Roma papasının Bakıya bir günlük səfər zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev, hökumət, ictimaiyyət və diplomatik korpus nümayəndələri ilə görüşü gözlənilir. O, Şəhidlər Xiyabanına ziyarət edəcək. Heydər məscidində Qafqaz Müsəlmanları İdarəsinin rəisi Allahşükür Paşazadə ilə görüşdən sonra şeyx və ölkənin digər dini icmalarının nümayəndələri ilə dinlər arası görüş keçirəcək.

Samirə Cəfərova

Bütün xəbərlər Facebook səhifəmizdə