Azərbaycan və Meksika parlamentlərarası əlaqələri genişləndirir

Azərbaycan və Meksika parlamentlərarası əlaqələri genişləndirir

Meksika-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun sədr müavini, deputat Venseslao Martinez Santosun V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə Azərbaycan-Meksika parlamentlərarası işçi qrupu ilə görüşüb. SİA-ya Meksikanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, qrupun rəhbəri, deputat Ülvi Quliyev qonaqlara Milli Məclis haqqında ümumi məlumatı verib. Deputat ikitərəfli əməkdaşlığın digər sahələrinə, öz növbəsində, töhfə verən parlamentlərarası əlaqələrin inkişafının vacibliyini vurğulayıb.

Deputat Martinez Santos səfərinin məqsədini qeyd edərək, Bakı Beynəlxalq Humanitar Forumun beynəlxalq arenada vacibliyindən söz açıb. Son illərdə, xüsusilə hər iki ölkənin müvafiq səfirliklərinin açılması ilə Meksika-Azərbaycan ikitərəfli münasibətlərində yaranan dinamikanı qeyd edib. Meksikalı deputat hər iki ölkənin bilik və təcrübə mübadiləsi apara biləcəkləri neft-qaz, ticarət, turizm, idman, sərmayə qoyuluşu kimi sahələrə diqqət çəkib.

Görüş zamanı ikitərəfli toplantılar və səfərlərin intensivləşdirilməsini yüksək qiymətləndirərək, onların müxtəlif sahələr üzrə əlaqələrin inkişafına böyük töhfəsini vurğulanıb.

Görüşdə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə