Vyetnam Prezidentinin köməkçisi: “Azərbaycan dünya miqyasında çox mühüm rola malik olan ölkələdir”

Vyetnam Prezidentinin köməkçisi: “Azərbaycan dünya miqyasında çox mühüm rola malik olan ölkələdir”

"Azərbaycan dünya miqyasında çox mühüm rola malik olan ölkələrdən biridir. Biz davamlı inkişaf üçün zəruri insan potensialının formalaşdırılması problemlərini müzakirə edirik. V Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində "Davamlı inkişaf və ekoloji sivilizasiya" mövzusunda keçirilən bu tədbir xüsusi önəm daşıyır. Bilirsiniz ki, davamlı inkişaf etməkdə olan hər bir dövlət üçün vacibdir, eyni zamanda bu inkişafın istiqamətləri düzgün müəyyənləşdirilməlidir". Bu fikirləri SİA-ya açıqlamasında Vyetnam Sosialist Respublikası Prezidentinin köməkçisi Tran Quanq Tiep bildirib.

V Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində "Davamlı inkişaf və ekoloji sivilizasiya" mövzusunda keçirilən dəyirmi masanın əhəmiyyətindən danışan Tran Quanq Tiep qeyd edib ki, davamlı inkişafın səmərəli idarə edilməsi modellərinin təhlili və ekoloji sivilizasiyada beynəlxalq təcrübənin öyrənilməsi vacibdir: "Eyni zamanda bu məsələdə Azərbaycan təcrübəsinin öyrənilməsi də eyni dərəcədə eəhəmyyət daşıyır".

Bütün xəbərlər Facebook səhifəmizdə