Nobel mükafatı laureatı: "Gələcəyi xanımlar müəyyən edir"

Nobel mükafatı laureatı: "Gələcəyi xanımlar müəyyən edir"

"Dünyanın böyük bir hissəsi elmi tərəqqinin nəticələrini başa düşmür". SİA-nın xəbərinə görə, bunu Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin Tsinkernagel V Bakı Forumu çərçivəsində keçirilən plenar iclasın 2 sessiyasında çıxış edərkən deyib.

O, dünyada əhalinin çox olması səbəbindən resurs çatışmazlığı yarandığını vurğulayıb: "50 il əvvəl İtaliyada ailədə 10-12 uşaq normal sayılırdı. Ötən 50 il ərzində İtaliyada xanımlar elə maarifləniblər ki, İtaliyada əhalinin azalması müşahidə olunur. Yalnız kişilərin təhsil alması, əhali artımı və resurs çatışmazlığı problemini həll etməyəcək, xanımlar da təhsil almalıdırlar. Çünki gələcəyi xanımlar müəyyən edir. Elm, maarifləndirmə əhalinin sayının artımının azalması ilə bərabər, əhalinin azalmasının qarşısını da ala bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə