"Azərbaycanın nümunəsi göstərir ki, birgə yaşayış mümkündür"

"Azərbaycanın nümunəsi göstərir ki, birgə yaşayış mümkündür"

"Foruma dəvət edilməyimə görə, Azərbaycana təşəkkür edirəm". SIA-nın xəbərinə görə, bunu Çin Buddist Assosiasiyasının sədri Syue Çenqin V Bakı Baynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən panellərdə çıxışı zamanı deyib.

O bildirib ki, dinlə bağlı düzgün olmayan təfsirlərin aradan qaldırılması zəruridir: "Biz dini köklərindən asılı olmayaraq nəsillər arasında ünsiyyət yaratmalıyıq. Ünsiyyət universal xarakter daşıyır, müxtəlif dinlərə və mədəniyyətlərə tətbiq edilə bilər. Tarix göstərir ki, böyük dinlər müxtəlif fərqli mədəniyyətlər haqqında məlumatların çatdırılmasında ilk cərgədə olublar, bir ünsiyyət vasitəsidir. İnsan dəyərlərindən uzaqlaşdırıla bilməz. Buddizmə nəzər salınsa, buddizimdə hər bir insan, din mərkəzi yer tutur. Biz bu müxtəlif ölkələrin xalqlarına, insanlarına da çatdırırıq".

Daha sonra çıxış edən Qazaxıstanın dövlət katibi Gülşara Abdıxalikova ölkəsində dinlər və mədəniyyətlərarası dialoqla bağlı qurum yaradıldığını nəzərə çatdırıb: "Burada 138 milli-etnik qrupun nümayəndələri təmsil olunur. Qazaxıstan biliklər iqtisadiyyatına keçmək niyyətindədir. Qazaxıstan 2050-ci ilə qədər dünyanın ən inkişaf etmiş 30 ölkəsi sırasına daxil olacaq. Bu Forumun dünya xalqları üçün sülhün təmini ilə əlaqədar konstruktiv təkliflər təqdim edəcəyinə inanıram. Azərbaycan belə mötəbər beynəlxalq tədbirin keçirilməsi ilə öyünə bilər".

Paneldə çıxış edən Fransa İmamları Konfransının sədri Hassen Şalqumin bildirib ki, Parisdə terror aktlarından sonra gərginlik yaşanır:" Fransada bəzilərinin birgə yaşayışın mümkün olmadığı barədə fikirləi səslənir: "Islam, xristianlıq tolerantlıq dinidir. Azərbaycanın nümunəsi göstərir ki, birgə yaşayış mümkündür. İnanıram ki, Fransada xristianlar və müsəlmanlar tolerant şəkildə yaşayacaq. Terror dinə aid olmayan bir bəladır".

Bütün xəbərlər Facebook səhifəmizdə