Koreyalı diplomatla gələcək əməkdaşlıq əlaqələri müzakirə olunub
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov sentyabrın 27-də Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşüb. SİA-nın məlumatına görə, səfir Kim Çanq-gyu 26 sentyabr tarixdə ölkəmizdə keçirilən referendumun yüksək səviyyədə təşkil edilməsi, seçici sayı, seçici fəallığı, ümumxalq səsverməsinin nəticələrinin uğurla başa çatması ilə bağlı öz təbriklərini çatdırıb.
Görüşdə Baş nazirin müavini Əli Həsənov qeyd edib ki, referendumda 39-dan artıq ölkədən, 18 beynəlxalq qurumdan, 117 beynəlxalq müşahidəçi iştirak edib və onların hamısı səsvermədən razı qalıblar. Hesab edirəm ki, referendum çox uğurla alındı, Hətta məcburi köçkünlərin aktivliyi yerli əhalidən də artıq olub.
Əli Həsənov həmçinin bildirdi: "Avropa Parlamenti bir il bundan əvvəl ədalətsiz qərar çıxartdı. Bu, çox böyük təəccüb doğurdu. Avropa Parlamentinin qətnaməsində heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirildi. Cənab Prezident bunu onlara bildirdi və onlar da bundan çox məyus oldular. Beynəlxalq təşkilatlara və ayrı-ayrı dövlətlərə kim bu hüququ verib ki onlar bəzi dövlətlərin daxili işlərinə müdaxilə etsin? Biz kimin daxili işlərinə qarışırıq? Nə üçün onlar bizim daxili işlərimizə qarışırlar?".
Baş nazirin müavini Əli Həsənov bütün sahələr üzrə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıraraq münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı istər Koreyanın ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının, istərsə də Koreyanın Azərbaycandakı səfirliyinin həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə, eyni zamanda gələn ay Biləsuvar rayonu ərazisində yeni salınmış qəsəbədə həyata keçirəcəkləri tədbirlərlə bağlı təşəkkürünü bildirib və bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını diqqətə çatdırıb.
Koreyanın ölkəmizdə fəaliyyət göstərən Şərq Təbabəti Klinikası, "For You" Beynəlxalq Humanitar İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirən Əli Həsənov məcburi köçkünlərlə bağlı gələcəkdə müxtəlif sahələrdə, o cümlədən informasiya texnologiyaları, dil kurslarının və komputer kurslarının təşkil olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, beynəlxalq təşkilatlarda biz bir birimizə dəstək versək bu əlaqələr daha da yaxşı olar. Nə qədər ki problemli ölkələr beynəlxalq təşkilatlarda həmrəy olmasa bu problemlərin sayı artacaq.
Görüşdə Baş nazirin müavini Əli Həsənov son vaxtlar xüsusilə siyasi, iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndiyini vurğulayaraq hökumətlərarası münasibətlərin bundan sonra da davam və inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Səfir Kim Çanq-gyu Azərbaycana gələrkən burada çox böyük qonaqpərvərliyin olduğunu, imkanlı insanların digərlərinə dayaq durduğunu, Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib və gələcəkdə də daha çox Koreya şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirib. O həmçinin bu ilin əvvəlində Xocavənd rayonundan olan məcburi köçkünlərlə görüşdüklərini və onlar üçün yüksək səviyyədə yaradılmış şəratin şahidi olduqlarını bildirib.
Ölkələrimiz arasında bir sıra sahələrdə, o cümlədən mədəni məsələlərdə oxşarlıqların olmasına toxunan Səfir Altay dil qurupuna aid ölan ölkələrin arasında birliyin yaranmasının gələcəkdə öz nəticəsini göstərəcəyinə əminliyini bildirib. Ölkəmizdəki fəaliyyətini əsasən beş istiqamətdə, informasiya texnologiyaları, elektron hökumət, tibb sahəsi, kənd təsərrüfatı, yükdaşıma, turim sahəsindəki əlaqələrin yüksək səviyəyə çatması üçün əlindən gələni edəcəyini bildirib. O həmçinin gələcəkdə fərqli sahələrdə müxtəlif layihələrin də həyata keçirəcəklərini diqqətə çatdırıb.
Baş nazirin müavini Əli Həsənov bildirdi ki, Altay dil qurupuna aid olan ölkələrin həmrəyliyi daha səmərəli olar. Bu gün dünyada güclülər öz güclərini nümayiş etdirirlər və öz məqsədlərinə nail olurlar. Azərbaycan Prezidenti ölkəmizin iqtisadi və hərbi sahədə güclənməsini daim diqqətdə saxlayır. 24 il keçməsinə baxmayaraq hələdə biz problem öz həllini tapmayıb. Aprel döyüşləri zamanı erməni tərəfi azərbaycan ordusunun gücünü gördü. Bu gün Ermənistanda olanlar özləri oradakı rejimə qarşı çıxırlar. Orada olan Sarkisyan Köçəryan rejimi öz havadarlarının köməkliyi ilə bizim torpaqlarımızı işğal altında saxlamaqla nə əldə ediblər? Ermənistanda aclıq, səfalət baş alıb gedir. Biz istəyirik ki, orada normal rejim olsun və bu problem öz həllini tapsın. Ancaq bəzi ölkələr istəyirlər ki bu konflikt qalsın. Böyük ölklər öz maraqları uğrunda mübarizə aparırlar, kiçik xalqlar isə bundan əziyyət çəkirlər. Bu gün BMT qətnamə qəbul edir. Ancaq onlar icra edilmir.Bəs onda bu qətnamələr kimə lazımdır? BMT nin Baş Assambleyasının 71-ci sessiyasında bu fikirlər səslədirilib.
Görüşdə azərbaycanlı və koreyalı tələbələrin təhsil, təcrübə mübadiləsi və digər maraq doğuran məsələlər də müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB