Fransanın "Opinion Way" Tədqiqatlar İnstitutunun "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə Azərbaycanda ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi "exit-poll"un nəticələri açıqlanıb. SİA-nın xəbərinə görə, "exit-poll" tədqiqatının ilkin nəticələrinə əsasən seçici fəallığı 66,8% olub.
Mətbuat konfransında məlumat verən Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Rafiq İsmayılov bildirib ki, referenduma çıxarılan 29 suala verilmiş cavablar 4 blokda qruplaşdırılıb. Təhlükəsizliyin və müdafiənin təmin edilməsi ilə bağlı təkliflərə 89,3% "bəli", icra hakimiyyətinin strukturuna və səlahiyyətlər çərçivəsinə aid təkliflərə 88,9% "bəli", insan hüquqları və azadlıqlarının konstitusion təminatı ilə bağlı təkliflərə 90,1% "bəli" və Konstitusiyada nəzərdə tutulmuş seçkili və təyinatlı vəzifələrə namizədlər üçün yaş məhdudiyyətinin ləğv edilməsi ilə bağlı təkliflərə "88,8" "bəli" cavabını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB