Məntəqə sədri: "Bu saata kimi heç bir qanun pozuntusu qeydə alınmayıb"
Digər rayonlarda olduğu kimi, Nəsimi rayonunda da səsvermə böyük aktivliklə davam edir. SİA-nın məntəqələrdə olan müxbirinin verdiyi məlumata görə, 22 saylı Nəsimi II seçki dairəsi üzrə 19 saylı seçki məntəqəsində səsvermə başlayan andan vətəndaş axını davam edir. Səs verənlərin aktivliyi ilə bağlı saytımıza açıqlama verən məntəqə sədri Kifayət Tanrıverdiyeva bildirib ki, artıq bu saatlarda 100-ə yaxın seçici səsvermədə iştirak edib. O bildirib ki, ümumi məntəqə üzrə 1359 seçici qeydiyyatdadır: "Havanın yağışlı olmasına baxmayaraq, insanlar seçkidə iştirak etməkdə maraqlıdır. Hər kəs xoş əhvalla səsvermədə iştirak edir".
Həmin dairə üzrə 23 saylı məntəqədə də seçkilər fəal şəkildə davam edir. Məntəqə sədri Rəna Naibova səsvermə başlayandan sonra 30 dəqiqə ərzində 70 dən çox seçicinin səs verdiyini bildirib: "Ümumi seçici siyahısında 1417 nəfərin adı var. Məntəqədə 10 dan çox yerli müşahidəçi səsvermənin gedişini izləyir. Hazırda heç bir qanun pozuntusu qeydə alınmayıb".
27 saylı məntəqədə isə seçki növbəsinin olduğu diqqəti çəkən məqamlardan idi. Belə ki, məntəqə qarşısında insanlar səs vermək üçün növbədə dayanmışdılar. Məntəqə sədri Sevil Hümmətova məntəqədə 1393 seçicinin olduğunu qeyd etdi: "Seçki fəallıqla davam edir. İnsanlar səsverməyə bayram əhval-ruhiyyəsi ilə qatılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB