680438 nəfər səsvermədə iştirak edib son məlumat

680438 nəfər səsvermədə iştirak edib son məlumat

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi ümumxalq səsverməsinin (referendumun) saat 10:00-a olan nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 10:00-dək seçicilərin 680438 nəfəri səsvermədə iştirak edib.

Onun sözlərinə görə, saat 10:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 12,9 faiz təşkil edib: "Respublika üzrə 125 seçki dairəsi mövcuddur və 5627 seçki məntəqəsi var. Seçicilərin sayı 5267111-dir".

Bütün xəbərlər Facebook səhifəmizdə