Səməd Seyidov: “Referendum ölkəmizin ardıcıl inkişafını təmin edəcək”
Bu gün dövlətdə sabitliyin mövcudluğu və onun səmərəli idarə olunması strateji əhəmiyyət kəsb edir. SİA-nın məlumatına görə, bunu "euronews"da Azərbaycanda keçiriləcək referendumla bağlı yayımlanan reportajda parlamentin beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Onun sözlərinə görə, bu baxımdan referendumun keçirilməsi, ora çıxarılan məsələlərin təsdiq olunması ölkəmizin daha sabit, daha dinamik və ardıcıl inkişafını təmin edəcək.
Qeyd edək ki, Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB