Xalq İlham Əliyevi dəstəkləyir SORĞU

AJF and Associates Inc sorğu mərkəzi sosial sorğu keçirib
Xalq İlham Əliyevi dəstəkləyir SORĞU

Azərbaycan-Amerika sorğu mərkəzi AJF and Associates İbc ölkəmizdə Konstitusiyaya ediləcək dəyişikliklər və Referendum aktı layihəsi ilə bağlı sosial sorğu keçirib. SİA-ya daxil olan məlumata görə, sorğu mərkəzi Azərbaycan vətəndaşlarının siyasi həyatındakı iştirakını və referenduma olan maraqlarını araşdırıblar.

Sorğuda ölkəmizin müxtəif bölgələrini təmsil edən 1000 nəfər respondent iştirak edib. Onlardan 73,7 faizi böyük şəhərlərdə, 10,1 faizi kiçik şəhərlərdə, qəsəbə və kəndlərdə yaşayanlardır. Sorğu iştirakçılarının 49,6 faizi qadın, 50,4 faizi isə kişi olub.

Yaş həddinə gəldikdə isə, iştirakçılardan 30-39 yaşında olanlar 35, 18-29 yaşında olanlar 25,8, 40-49 yaşında olanlar 16,6, 50-59 yaşında olanlar 7,6, 70 və yuxarı yaşda olanlar isə 1,6 faizi təşkil ediblər. Anketdəki suallar isə bu cür aspekti əhatə edib:

1. Əhalinin referendum haqqında informasiyası

2. Ölkədə mövcud iqtisadi vəziyyətə münasibət

3. Əhalinin siyasi fəallıq səviyyəsi

4. Konstitusiyaya dəyişikliklərə münasibət

Sorğuda iştirak edənlərin 82,9 faizi sentyabrın 26-da keçiriləcək referendumda iştirak edəcəklərini bildiriblər. Nəticəyə görə müəyyən olunub ki, əhalinin böyük əksəriyyəti ölkə Konstitusiyasında ediləcək dəyişiklikləri dəstəkləyirlər. 92,8 faiz sorğu iştirakçısı isə birmənalı olaraq Konstitusiya islahatlarına dəstək nümayiş etdirirlər.

Sorğu iştirakçılarının 92,8 faizi ötən parlament seçkilərində Sədri İlham Əliyev olan hakim Yeni Azərbaycan Partiyasına səs verdiklərini bildiriblər.

Bundan əlavə, 98,4 faiz respondent mövcud hakimiyyətin ölkədə stabil vəziyyəti saxladığını deyib. 95,9 faiz sorğu iştirakçısı isə başqa ölkələrlə müqayisədə Azərbaycanın regionda ən sabit ölkə olduğunu vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə