Aydın Quliyev: “Gələcəyə yönəlik neqativ məlumatlar verməməlidirlər” AÇIQLAMA

Aydın Quliyev: “Gələcəyə yönəlik neqativ məlumatlar verməməlidirlər” AÇIQLAMA

"Ayaz Mütəllimovun öz müsahibəsində AXCP fəalları sosial şəbəkələrdəki statuslarında "hakimiyyətə gələcəkləri" təqdirdə ilk olaraq onları tənqid edən media nümayəndələrinin və solçuların axırına çıxacaqlarını və əllərində müvafiq siyahılar olduğunu bildirməsi və bununla bağlı informasiyaların yayılması o qədər də həqiqətə söykənmir". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, normal siyasi qüvvələr heç zaman bu cür hədələyici, gələcəyə yönəlik neqativ məlumatlar verməməlidirlər: "Əgər belə neqativ məlumatlar veriblərsə, o zaman bu cür bəyanatın müəllifləri normal siyasətdən çox uzaqdırlar. Əksinə onlar özlərinin onsuzda çox zəif və pis vəziyyətdə olan siyasi perspektivlərini daha da çətinliyə salırlar. Media Azərbaycanda elə bir prinsiplər üzərində formalaşıb ki, hər hansı bir siyasi qüvvənin qisasçılıq niyyətlərinin qarşısında duruş gətirmək, özünü müdafiə etmək gücündədir. O cümlədən də media təmsilçiləri.

Bu gün Azərbaycanın mediası əgər dövlət müstəqilliyinin keşiyində dayanmaq gücündədirsə, dövlətçiliyi müdafiə mövqeyində etibarlı şəkildə möhkəmlənibsə, dövlətçilik problemlərinin həllinin müəyyən bir hissəsini öz üzərinə götürübsə düşünmürəm ki, hansısa xırda siyasi qüvvələrin qısasçılıq planları mediamızın inkişafının qarşısını ala bilsin. Azərbaycan mediası möhkəmdir və hər hansı bir siyasi qisasçılıq planlarına, niyyətlərinə baş əyən və onların qarşısında geri çəkilən qüvvə deyil. Ölkə mediası artıq formalaşıb və özünü müdafiə etmək gücündədir".

Bütün xəbərlər Facebook səhifəmizdə