"Azərbaycanda keçiriləcək ümumxalq səsverməsi- Referendumda müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasında 846 müşahidəçi qeydiyyatdan keçib". SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bügünkü iclasında məlumat verib.
O bildirib ki, MSK-da qeydiyyatdan keçən müşahidəçilərdən 598 nəfəri 2 QHT-nin müşahidəçiləri, 2 nəfəri xüsusi icazə, digərləri isə öz təşəbbüsləri ilə qeydiyyatdan keçib: "Seçki dairələrində isə 37 429 müşahiədçi qeydiyyatdan keçib. Onlardan 22 481 nəfəri öz təşəbbüsü ilə qeydiyyatdan keçib. Müşahidəçilərdən 881 nəfəri QHT-lərin müşahiədçiləridir. "Yeni Azərbaycan" təşviqat qrupunun 4410, "Vətəndaş Cəmiyyəti" təşviqat qrupunun 3024, "Bələdiyyə" təşviqat qrupunun 4577 müşahidəçisi qeydiyyatdan keçib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB