Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində ermənilərin yaratdığı separatçı qurumun "deputat"ı Ayk Xanumyanı döyən şəxslər məhkəmənin hökmünə əsasən azadlığa buraxılıblar. SİA xəbər verir ki, bu barədə 1in.am saytı separatçı qurumun "prokurorluğu"na istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Erik Poqosyana, Mikael Saakyana, Sergey Avanesyana və Nikolay Qabrielyana qarşı qaldırılmış cinayət işinə verilən amnistiya ilə bağlı xitam verilib.
Xatırladaq ki, separatçı "deputat" döyüldükdən sonra prokurorluğa müraciət etmişdi və nəticədə məlum olmuşdu ki, onu döyn şəxslər əvvəlcə "deputatı" zorla maşına əyləşdirərək naməlum istiqamətə aparıblar. Sonra Xanumyan müqavimət göstərərək onların əlindən qaçmış və hadisə barədə instansiyalara məlumat vermişdi. Hətta separatçıların başçısı Bako Saakyan hadisəni şəxsi nəzarətində saxladığını bəyan etmişdi.
Ayk Xanumyan "parlamentdə" Bako Saakyana qarşı sərt müxalifətçiliyi ilə seçilənlərdən biridir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB