İsmayıl Alper Coşqun Türkiyə XİN-də çalışacaq

İsmayıl Alper Coşqun Türkiyə XİN-də çalışacaq

Türkiyənin xarici ölkələrdəki 22 səfirinin vəzifə yerləri dəyişdirilib, onlardan 12 nəfəri XİN-ə təyinat alıb. SİA Türkiyə KİV-ə istinadən xəbər verir ki, XİN- də fəaliyyətini davam etdirəcək diplomatlar arasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun da var. İsmayıl Alper Coşqunun yaxın günlərdə Azərbaycanda səlahiyyət müddəti başa çatır, onu bu vəzifədə Erkan Özoral əvəz edəcək. Yeni səfir daha əvvəl əvvəl Türkiyə XİN-də baş direktorun müavini vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə