"Yeni həbsdən çıxmış Xədicə İsmayıl Əli Kərimlinin müdafiəsi ilə məşğul olur. Yazır ki, bəs Əli Kərimliyə şiəpərəst deyirdiniz, indi də etmisiniz Gülənçi. Çox maraqlıdır. Sual yaranır, Xədicə İsmayıl sən Əli Kərimlinin vəkilisən? Yoxsa Əli Kərimlinin sözçüsü? Bəlkə, Əli Kərimli Xədicə İsmayılı özünün mətbuat xidməti götürüb? Bu birbaşa onu göstərir ki, Xədicə İsmayıl hələ də "Yurdun ən fəal üzvü kimi qalır". Bunu SİA-ya Bütöv Azəbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
"Xədicənin suallarına gəldikdə isə dəqiq deyə bilərəm ki, hətta Xədicə İsmayıl da çox yaxşı bilir ki, Əli Kərimli istənilən anda həm şiə məzhəbli olur , həm də sünnü məzhəbli. Biz nə edək ki, Kərimli bunu çox məharətlə bacara bilir?: "Milli Şura"ya iranpərəst Taleh Bağırzadəni üzv edir, Qənimət Zahid üçünsə Gülənin kanalında veriliş ala bilir. Əslində bunu Əli Kərimlidən başqa heç kim bacarmazdı" – deyə, BAXCP rəsmisi bildirib.
O əlavə edib ki, ABŞ çox yaxşı bilir ki, Əli Kərimlidən necə istifadə etmək olar: "Hər halda bu onların öz seçimidir. Bu yaxınlarda Əli Kərimlinin 22 yaşlı İngiltərədə oxuyan oğlunu da öz çirkin siyasətinə bulaşdırması təsadüfi deyildi. Oğlu vasitəsilə ABŞ-a mesaj göndərdi. Özünüz fikirləşin, görün, Əli Kərimli necə iliyinə qədər siyasiləşib ki, öz doğma oğlunu da siyasətə qatır və ondan da məqsədi üçün istifadə edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB