“Aykakan Jamanak”: “Bu, son 9 ildə ən aşağı göstəricidir” BÖHRAN

“Aykakan Jamanak”: “Bu, son 9 ildə ən aşağı göstəricidir” BÖHRAN

"Ermənistanın xarici ehtiyatları cari ili iyul ayında ümumilikdə 1 milyard 589 milyon dolları təşkil edib. Bu, son 9 ildə ölkə ehtiyatlarının ən aşağı göstəricisidir". SİA xəbər verir ki, bunu "Ermənistanın "Aykakan Jamanak" qəzeti yazır. Nəşr yazır ki, ümumiyyətlə, son illərdə Ermənistanın xarici ehtiyatlarında kifayət qədər aşağı düşüb: "Müqayisə üçün deyə bilərik ki, 2009-cu ilin ikinci yarısıda xarici ehtiyatlar 2 milyard dollar olub. 2010-2014-cü illərdə 1,8-1,9 milyard dollar, 2015-ci illə müqayisədə isə 1,5-1,6 milyard dolları təşkil edib".

Qəzet qeyd edir ki, xarici ehtiyatlarla yanaşı, daha pis göstərici ölkənin xarici borcları ilə bağlıdır: "Əgər 2009-cu ilin ortalarında bizim xarici borcumuz 2,4 milyard dollarıydısa, cari ilin ortalarında bu borcun həcmi 4,4 milyard dollara qədər artıb".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə