Azərbaycanda diplomatik missiyası başa çatmış Rumıniyanın səfiri Daniel Kristian Çiobanu ölkə ictimaiyyətinə, xüsusilə Prezident Adminstrasiyası, XİN, Milli Məclisə onun fəaliyyəti müddətində verdikləri dəstəyə görə təşəkkür edib.
SİA-ya daxil olan səfirin açıqlamasında deyilir ki, 2011-ci ildən başlayan fəaliyyəti dövründə iki ölkənin əlaqələrinin inkişafında müsbət hadisələr baş verib:
"Qarşılıqlı səfərlər vasitəsilə siyasi dialoq, iki ölkə səviyyəsində intensiv əməkdaşlıq daha da genişləndi. Rumıniya-Azərbaycan əlaqələrində ilk dəfə olaraq baş nazir və Deputatlar Palatasının sədri Bakıya rəsmi səfər etdilər".
Diplomat vurğulayıb ki, ötən 4 il ərzində Rumıniyadan Azərbaycana ixrac artıb, xüsusilə son iki ildəki ticarətin həcmi tariximizdə ən yaxşı göstəricidir.
Səfir ikitərəfli münasibətlərin investisiya, enerji, nəqliyyat, mədəniyyət sahəsində də inkişafv etdiyini, Rumıniya səfirliyinin eyni zamanda NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi olduğunu əlavə edib:
"Rumıniya səfirliyinin NATO-nun əlaqələndirici səfirliyi kimi 4-cü mandatının müddəti bu ilin dekabrında başa çatır. Diplomatik korpus NATO-nun ictimai diplomatiyasının təbliği ilə bağlı paytaxtla yanaşı, bir sıra regionlarda da seminarlar, konfranslar təşkil edib".
Səfir Çiobanu Azərbaycan rəsmiləri, ictimaiyyət nümayəndələri ilə yanaşı, səfirliyin fəaliyyətini işıqlandıran media nümayəndələrinə də təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB