26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) ilə əlaqədar "Yeni Azərbaycan" Təşəbbüs Qrupunun Suraxanı rayon şöbəsi imzatoplama kampaniyasını uğurla həyata keçirib.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun "Səs" qəzetinə verdiyi məlumata istinadən, referendumla bağlı müvafiq mərhələlər üzrə nəzərdə tutulan işlər rayon təşkilatı tərəfindən uğurla həyata keçirilir:"Yeni Azərbaycan" Təşəbbüs Qrupunun Suraxanı rayon şöbəsinin 17 nəfərdən ibarət Qərargahı yaradılıb. Qərargah üzvləri arasında vəzifə bölgüləri aparılmış, növbətçilik qrafiki təşkil olunmuşdur. Rayon təşkilatında 61 nəfərdən ibarət qrup yaradılıb, onlarla söhbətlər aparılmışdır. Referendum üzrə fəaliyyət proqramına uyğun olaraq işlər mərhələ-mərhələ həyata keçirilir. Artıq seçicilərin siyahısı dəqiqləşdirilərək, mərkəzi bazaya yerləşdirilib".
Rayon təşkilat sədri onu da bildirdi ki, avqust ayının 5-dən etibarən imzatoplama kampaniyasına start verilib. İmzatoplamada iştirak edən partiya fəallarının tərkibi müəyyənləşdirilərək, onlarla treninqlər keçirilib. Onlara imzatoplama qaydaları haqqında ətraflı məlumat, tövsiyyə və təlimatlar verilib. Suraxanı rayon 30 və 32-ci Dairələr üzrə 300, 31-ci Dairə üzrə isə 400 imza toplanaraq Yeni Azərbaycan Partiyası Mərkəzi Qərargahına göndərilib.
Artıq Dairələr və Məntəqələr üzrə məşvərətçi və müşahidəçilərin siyahısı hazırlanır.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB