Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Konstantin sarayında görüşən Rusiyaın dövlət başçısı Vladimir Putin, iki ölkə münasibətlərinin normallaşmasının hər iki ölkə xalqının xeyrinə olacağını söyləyib.
SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Putin prezident Ərdoğanın, Türkiyədəki daxili siyasətdə yaşanan çətin vəziyyətə baxmayaraq, Rusiyaya gəlməsinin hər iki tərəfin də əlaqələrdə normallaşma istədiyinin bir göstəricisi olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB