Ölkə başçısı: "Üçtərəfli əməkdaşlıq regionda sülhün təmin olunmasına kömək edəcək"
"Azərbaycanı, İranı və Rusiyanı birləşdirən Xəzər dənizi bizim əsas sərvətimizdir. Onun eko sisteminin qorunması Xəzəryanı ölkələrin ümumi işidir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli görüşdə çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti söyləyib ki, Xəzər dənizində mühüm neft, qaz yataqları yerləşir: "Azərbaycan Xəzər dənizində neft qaz yataqlarının işlənməsində böyük sərmayə qoyur. Üçtərəfli format Azərbaycan, İran və Rusiya arasında iqtisadi əlaqələrin yüksək səviyyəyə qaldırmağa imkan yaradacaq. Maliyyə, bank, sığorta sistemində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Azərbaycanda sərmayə qoyuluşu üçün şərait yaradılıb. Kənd təsərrüfatı, turizm, telekommunikasiya sahələri investisiya qoyuluşu üçün mühüm sahələrdir. Azərbaycanı həm İran, həm də Rusiya ilə enerji xətləri birləşdirir. Rusiya ilə mövcud olan sənədə əsasən enerji sistemi paralel fəaliyyət göstərir. İranla da enerji mübadiləsi həyata keçirilir".
Dövlət başçısı qeyd edib ki, artıq Azərbaycan enerjini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib:" Şadam ki, sərhəd mübarizəsi işində də ölkələr arasında mühüm əməkdaşlıq mövcuddur. Bu sahədə əməkdaşlığın möhkəmlənməsi, bu istiqamətdə keçirilən təlimlər əlaqələri daha da möhkəmləndirəcək. Azərbaycan yeganə ölkədir ki, həm Rusiya, həm də İranla sərhədi var. Şimal Cənub dəmiryolu xəttinin inşaası mühüm əhəmiyyət kəsb edir, onun böyük iqtisadi səmərəsi var. Tranzit yüklərin daşınmasında bu layihə mühüm əhəmiyyətə malikdir. Ölkələr arasında dini problem yoxdur. Azərbaycan illərdir ki, sivilizasiyaların qovuşduğu yer olub. Tarix böyü müxtəlif dinlərin nümayəndələri mehriban şəraitdə yaşayıb. 2016-cı il ölkəmizdə multikulturalizm ili elan edilib. Üçtərəfli əməkdaşlıq regionda sülhün təmin olunmasına kömək edəcək. İqtisadi əməkdaşlıq xalqlarımızın rifah halını da ha da yaxşlaşdıracaq. Biz bu gün mehriban qonşuluq nümunəsini göstəririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB