Rusiya prezidenti Bakıda iranlı həmkarı ilə görüşdü

Rusiya prezidenti Bakıda iranlı həmkarı ilə görüşdü

Bakıda Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Həsən Ruhani arasında görüş olub. SİA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, görüş zamanı Rusiya prezidenti bildirib ki, Tehrana son səfərindən sonra hər iki ölkənin ikitərəfli əlaqələrin inkişafında xeyli irəliləyiş müşahidə olunur: "Bizim dostluq münasibətlərimiz güclənir və çoxplanlı xarakter daşıyır. Bu, iqtisadi, siyasi münasibətlərimizə, o cümlədən humanitar sferaya aiddir. Bu görüşü təşkil etdiyinə görə, Azərbaycan prezidenti ilham Əliyevə minnətdar olmalıyıq. Bu görüş regiondakı vəziyyətlə bağlı üçtərəfli formatda danışmaq imkanı verir".

Bütün xəbərlər Facebook səhifəmizdə